IMG-LOGO

SEPAH İran Hərbi Dəniz Qüvvələrinin komandanı Təngsirinin ölümünü təsdiqləyib

30 Mar 2026 11:49 4 baxış
IMG

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsirinin həlak olduğunu təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə TASS İranın dövlət teleradio şirkətinə istinadən məlumat yayıb.

"Kontr-admiral Əlirza Təngsiri ölümcül xəsarətlər alıb", - SEPAH-ın bəyanatında deyilir.

Qeyd edək ki, martın 26-da İsrailin müdafiə naziri İsrael Kats və Pentaqonun rəhbəri Pit Heqset Təngsirinin öldürüldüyünü bildirmişdi.

Xəbər lenti