Çinin şimal-şərqindəki Heyluntszyan əyalətində binanın qismən uçması nəticəsində 7 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyinin məlumatında deyilir.
Hadisə bazar günü gecə saatlarında Haylin şəhərində baş verib, doqquz nəfər dağıntılar altında qalıb. Onlardan ikisi xəstəxanaya çatdırılıb, qalan yeddi nəfər həlak olub.
Hazırda xilasetmə işləri başa çatıb, qəzanın səbəbləri araşdırılır.