IMG-LOGO

Nigar Alimova: "Torpaq və əmlak münasibətlərində əsas mesaj şəffaf idarəetmədir"

30 Mar 2026 13:02 4 baxış
IMG

Azərbaycan üçün torpaq və əmlak münasibətlərində əsas mesaj şəffaf idarəetmədir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Gürcüstana səfəri çərçivəsində bildirib.

"Gürcüstanda təcrübə mübadiləsi - Buranın kadastr reyestri sistemi son illərdə rəqəmsallaşma və şəffaflıq baxımından nümunəvi modellərdəndir. Region ölkələri üçün əsas mesaj aydındır: müasir texnologiyalar və şəffaf idarəetmə torpaq və əmlak münasibətlərində etimadı artırır və investisiya mühitini gücləndirir", - deyə o qeyd edib.

Xəbər lenti