IMG-LOGO

Cermeyn Defo "Uokinq" komandasının baş məşqçisi təyin olunub

30 Mar 2026 12:59 4 baxış
IMG

İngiltərə millisinin sabiq futbolçusu Cermeyn Defo "Uokinq" komandasının baş məşqçisi təyin olunub.

"Report" xəbər verir ki, bu barədə V divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Keçmiş hücumçu daha əvvəl "Tottenhem" akademiyasında məşqçi kimi çalışıb.

Xatırladaq ki, Defo futbolçu karyerası ərzində "Tottenhem", "Vest Hem" və "Bornmut" kimi klubların formasını geyinib.

Xəbər lenti