Suriya ordusu İraq sərhədi yaxınlığındakı bir neçə hərbi bazaya pilotsuz uçuş aparatlarının genişmiqyaslı hücumu barədə məlumat verib, dronların bir çoxu ələ keçirilib.
"Report" xəbər verir ki, bu barədə SANA agentliyinə ordunun Əməliyyatlar Komandanlığından bildirilib.
"Biz mövcud fəaliyyət variantlarını araşdırırıq və istənilən təhlükənin neytrallaşdırılması və Suriya ərazisinə istənilən təcavüzün qarşısının alınması üçün müvafiq tədbirlər görəcəyik", - məlumatda deyilir.