Latviya hökuməti Ukraynaya 6,8 milyon avro həcmində yeni yardım paketinin təqdim edilməsi barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje sosial şəbəkələrdə məlumat verib.
"6,8 milyon avro həcmində bu yardım paketi Ukraynanın enerji şəbəkəsinin, sığınacaqların, infrastrukturun, sosial və vətəndaş davamlılığının gücləndirilməsinə, həmçinin dronların istifadəsi sahəsində potensialın artırılmasına töhfə verəcək", - o qeyd edib.