IMG-LOGO

Vuçiç: Rusiya-Serbiya qaz müqaviləsi daha üç ay uzadılıb

30 Mar 2026 14:09 3 baxış
IMG

Rusiya qazının Serbiyaya tədarükünə dair müqavilə üç ay müddətinə uzadılıb.

"Report" serb KİV-lərinə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.

"Biz bizim üçün çox əlverişli şərtlərlə müqavilənin üç ay müddətinə uzadılmasını əldə etdik. Bu gün qazın qiyməti təxminən 645 dollardır, biz bir az daha çox ödəyərdik, lakin mahiyyət etibarilə, hazırda biz təxminən 320 dollar ödəyirik", - o deyib.

Onun sözlərinə görə, Rusiya qazının Serbiyaya tədarükü məsələsi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da müzakirə edilib. Onlar həmçinin tibb, farmakologiya sahəsində əməkdaşlığı, eləcə də Rusiya şirkətlərinin Serbiyadakı layihələrdə iştirakı məsələsini müzakirə ediblər.

Xəbər lenti