IMG-LOGO

İsrail Qəzza zolağının şimalında HƏMAS-ın terror özəyini zərərsizləşdirib

30 Mar 2026 16:02 6 baxış
IMG

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS hərəkatının Qəzza zolağının şimal hissəsində fəaliyyət göstərən özəyinə zərbə endirib.

"Report" İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidmətindən bildirilib.

"Gecə (bazar ertəsi) İsrail hərbçiləri HƏMAS-ın Qəzza zolağının şimal hissəsində fəaliyyət göstərən terror özəyini aşkar ediblər və İsrail Müdafiə Qüvvələri üçün təhlükənin aradan qaldırılması məqsədilə zərbə endirərək terrorçuları məhv ediblər", - məlumatda deyilir.

Xəbər lenti