IMG-LOGO

İran Beyrutun qərarına baxmayaraq səfirini Livandan geri çağırmaqdan imtina edib

30 Mar 2026 15:23 5 baxış
IMG

Beyrutun İran səfirini "persona non-qrata" elan edərək ölkədən çıxarma qərarına baxmayaraq, Tehran səfirini Livandan geri çağırmaqdan imtina edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqai səfir Məhəmməd Rza Şibaninin Beyrutda öz vəzifələrini yerinə yetirməyə davam edəcəyini bəyan edib.

"İran səfiri Beyrutda işini davam etdirəcək, o, hələ də oradadır", - o qeyd edib.

Qeyd edək ki, Livan XİN Şibaninin daxili siyasətlə bağlı çıxışlarına görə diplomatik normaları pozmaqda ittiham edərək onun akkreditasiyasının ləğv edildiyini bildirib və martın 29-dək ölkəni tərk etməsini tələb edib. Lakin Livan parlamentinin sədri Nəbih Bərri bu qərara qarşı çıxaraq səfiri ölkədə qalmağa çağırıb.

Öz növbəsində, İsrailin xarici işlər naziri Gideon Saar ultimatumun müddətinin bitməsinə baxmayaraq, İran diplomatının ölkəni tərk etmədiyini qeyd edib. "O, ev sahibini məsxərəyə qoyaraq Beyrutda qəhvə içməyə davam edir", - nazir "X" sosial şəbəkəsində yazıb.

Xəbər lenti