IMG-LOGO

Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 23 %-dən çox azaldıb

30 Mar 2026 18:00 4 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 16,76 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,3 % azdır.

Təkcə fevralda Türkiyə Azərbaycana 8,669 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,8 % azdır.

Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri 2 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azalaraq 1,162 milyard ABŞ dollarına, fevralda isə 0,9 % azalaraq 600 milyon ABŞ dollarına enib.

Türkiyədən ən çox idxalı İraq 157 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 14,6 % az), ABŞ 53,928 milyon ABŞ dolları (-11,2 %) və Almaniya 47,057 milyon ABŞ dolları (+0,1 %) həyata keçirib.

Xəbər lenti