IMG-LOGO

Rubio: Vaşinqton İranın Hörmüz üzərində nəzarət qurmasına imkan verməyəcək

30 Mar 2026 17:23 5 baxış
IMG

ABŞ İranın Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmasına imkan verməyəcək.

"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "ABC News" telekanalına müsahibəsində bildirib.

"Onlar (İran hakimiyyəti - red.) Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmaq, keçid haqqı sistemi tətbiq etmək və s. ilə hədələyir. Bu baş verməyəcək və prezidentin (ABŞ Prezidenti Donald Trampın - red.) bunun qarşısını almaq üçün istifadə edə biləcəyi bir sıra variantları var", - Rubio vurğulayıb.

Xəbər lenti