IMG-LOGO

ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi endirib

30 Mar 2026 18:10 4 baxış
IMG

ABŞ və İsrail ordusu İranın Təbriz şəhərini hava hücumuna məruz qoyub.

"Report" xəbər verir ki, bu barədə Şərqi Azərbaycanın Böhranların İdarə Edilməsi İdarəsinə istinadən ISNA məlumat yayıb.

Şərqi Azərbaycanın Böhranların İdarə Edilməsi İdarəsinin baş direktoru Məcid Fərşi bildirib ki, Neft-Kimya Müəssisəsinə hava zərbəsi endirilib, obyektə ziyan dəyib, amma bu, benzin istehsalını dayandırmayıb:

"Bu hücumlarda Təbrizin 2 mülki nöqtəsi, o cümlədən Təbriz hava limanının idarəetmə qülləsi və uçuş-enmə zolağı, eləcə də Təbriz Neft-Kimya Müəssisəsi hədəf alınıb. Xoşbəxtlikdən bu iki hücumda ölən və yaralanan olmayıb".

O qeyd edib ki, hücumdan sonra təhlükəsizlik, yanğınsöndürmə, xilasetmə və əməliyyat qrupları dərhal hadisə yerinə cəlb olunub və fövqəladə vəziyyətin idarə edilməsi üçün lazımi tədbirlərə başlanılıb. "Hazırda vəziyyət tam nəzarət altındadır, yanğının qarşısı alınıb və mühəndislər texniki aspektləri, dəyən zərərin miqdarını diqqətlə araşdırırlar",- M. Fərşi bildirib.

Xəbər lenti