IMG-LOGO

Aİ Şurası İrana qarşı sanksiyaların müddətini uzadıb

30 Mar 2026 19:32 3 baxış
IMG

Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 13 aprel 2027-ci ilədək uzadılması barədə qərar qəbul edib.

"Report"un Avropa bürosu Şuraya istinadən xəbər verir ki, bu tədbirlərə fiziki və hüquqi şəxslərin girişinə qadağa və aktivlərinin dondurulması, repressiyalar, telekommunikasiyaların monitorinqi üçün istifadə oluna biləcək avadanlıqların İrana ixracına qadağa daxildir.

Həmçinin Aİ vətəndaşlarına və şirkətlərinə siyahıya daxil edilmiş şəxs və təşkilatlara vəsait təqdim etmək qadağan olunur.

Hazırda məhdudiyyətlər 262 fiziki və 53 hüquqi şəxsi əhatə edir.

Qeyd edək ki, ilk dəfə 2011-ci ildə tətbiq edilən məhdudiyyətlər hər il uzadılır. 2022-ci ildən etibarən Aİ bir neçə yeni sanksiya paketi qəbul edərək bu tədbirləri kəskin şəkildə gücləndirib.

Xəbər lenti