IMG-LOGO

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 1 247-yə çatıb

30 Mar 2026 20:16 5 baxış
IMG

İsrail Hərbi Hava Qüvvələrinin son sutka ərzində Livan ərazisinə endirdiyi zərbələr nəticəsində azı doqquz nəfər həlak olub.

"Report" xəbər verir ki, bu, Livanın Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında qeyd olunub.

"Hərbi eskalasiya başlayandan bəri öldürülən vətəndaşların ümumi sayı 1 247-yə, yaralıların sayı isə 3 680-ə çatıb. Martın 2-dən bəri İsrailin hücumları nəticəsində 1 036 kişi, 124 uşaq və 87 qadın həlak olub", - qurumun məlumatından aydın olur.

Xəbər lenti