IMG-LOGO

Millimiz turniri qalib başa vurdu

30 Mar 2026 21:30 2 baxış
IMG
0 0

Bu gün Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində final görüşünü keçirib.

Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşə saat 19:00-da start verilib. Matçda hesabı qonaqlar açıb. Lakin ikinci hissədə yığmamız bərabərlik topunu vurmağı bacarıb.

Qalib penaltilər seriyasından sonra bəlli olub. Burada daha inamlı olan Azərbaycan millisi turniri qalib başa vurub - 9:8.

Azərbaycan millisi bundan əvvəl Sent Lüsiya yığmasına 6:1 qalib gəlmişdi.

“FIFA Series-2026”

19:00 Azərbaycan – Syerra Leone 1:1, pen. 9:8 Qollar: R. Məmmədov, 72 - D. Kanu, 28 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

milli

Xəbər lenti