IMG-LOGO

Fransa BMT TŞ-nin təcili iclasını çağırıb

30 Mar 2026 23:42 3 baxış
IMG

Fransa Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin (BMTMQ) sülhməramlıları ilə baş vermiş insidentə görə BMT Təhlükəsizlik Şurasının (TŞ) növbədənkənar iclasının keçirilməsini tələb edib.

"Report" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "X" sosial şəbəkəsində bildirib.

"Fransa martın 29-da BMTMQ-nin sülhməramlı qüvvələrinin atəşə tutulmasını, nəticədə bir indoneziyalı sülhməramlının həlak olmasını və daha üç nəfərin yaralanmasını qəti şəkildə pisləyir. Bu cür hücumlar qəbuledilməzdir və onlara haqq qazandırıla bilməz", - o yazıb.

Nazir martın 30-da minanın partlaması nəticəsində İndoneziyadan olan iki sülhməramlının həlak olması və daha iki nəfərin xəsarət alması ilə nəticələnən insidenti, həmçinin Ən-Nakura ərazisində BMTMQ-nin Fransa kontingenti ilə baş vermiş hadisəni pisləyərək, bu faciələrin bütün təfərrüatlarının tam aydınlaşdırılmasına çağırıb.

"İsrail ordusu əsgərləri tərəfindən BMT personalının təhlükəsizliyinə qarşı edilən bu qəsdlər yolverilməzdir və onlara bəraət qazandırıla bilməz. Bu qınamalar ən qəti şəkildə İsrailin Parisdəki səfirinin diqqətinə çatdırılıb", - Barro əlavə edib.

Xəbər lenti