IMG-LOGO

ABŞ ilə danışıqlar aparılmayıb - İran XİN məlumatı təkzib edib

30 Mar 2026 23:38 2 baxış
IMG

İran tərəfi 31 gün ərzində ABŞ ilə heç bir danışıqlar aparmayıb.

"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X"dəki hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ tərəfdən isə danışıqlara müraciət olub:

"Son 31 gün ərzində bizim ABŞ ilə heç bir danışığımız olmayıb. Yalnız ABŞ-dən bir sıra təkliflərlə danışıqlara müraciət baş tutub. Bu, Pakistan da daxil olmaqla, bəzi vasitəçilər tərəfindən bizə çatdırılıb. Mövqeyimiz son dərəcə aydındır".

Bəqai əlavə edib ki, İran xalqı 31 gün ərzində ölkəni qorumağa qadir olduğunu göstərib və "Xeybərşikən", "Xürrəmşəhr" raketləri, "Arash", "Shahed" dronları ilə ABŞ və İsrailin cavabını verib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti