IMG-LOGO

Rusiyanın dövlət borcu 431,8 milyard dollara çatıb

31 Mar 2026 02:10 3 baxış
IMG

Rusiya Federasiyasının dövlət borcu 2025-ci ilin sonuna 2024-cü il rəqəmləri ilə müqayisədə 21% artaraq 35,1 trilyon rubl (431,8 milyard ABŞ dolları – Qeyd) təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin yanvar-dekabr ayları üzrə federal büdcənin icrası ilə bağlı əməliyyat hesabatında deyilir.

"Rusiya Federasiyasının dövlət borcu 2025-ci ildə 6,1 trilyon rubl (21%) artaraq 1 yanvar 2026-cı il tarixinə 35,1 trilyon rubla çatıb", - deyə materiallarda bildirilir.

Eyni zamanda, Hesablama Palatası Rusiyanın daxili borcunun 6,9 trilyon rubl (29,1%) artaraq 30,7 trilyon rubla (377,6 milyard dollar - Qeyd) çatdığını, xarici borcunun isə 818,4 milyard rubl (15,4%) azalaraq 4,5 trilyon rubla düşdüyünü qeyd edib.

Rusiya Federasiyasının daxili və xarici dövlət borcunun, eləcə də dövlət zəmanəti altında borcun 1 yanvar 2026-cı il tarixinə müəyyən edilmiş limitləri aşılmayıb. Hesablama Palatasının hesabatına görə, 2025-ci ildə Rusiya Federasiyasının dövlət borcuna xidmət xərcləri 3,2 trilyon rubl (39,36 milyard dollar - Qeyd) (konsolidasiya edilmiş büdcə smetasının 99,9%-i) təşkil edib.

Xəbər lenti