IMG-LOGO

"AP": Fars körfəzi ölkələri ABŞ-ı İranla müharibəni davam etdirməyə çağırıb

31 Mar 2026 06:23 4 baxış
IMG

Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla bir neçə Körfəz ölkəsi ABŞ-ı İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırıb.

"Report" xəbər verir ki, bu iddianı "Associated Press" agentliyi ABŞ, İsrail və Fars körfəzi ölkələrindən olan adları açıqlanmayan rəsmilərə istinadən yayıb.

Vurğulanıb ki, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri gizli şəkildə Amerika-İsrail hərbi əməliyyatının Tehran rəhbərliyində köklü dəyişikliklər baş verənə və ya İran rəhbərliyində əhval-ruhiyyədə köklü dəyişiklik baş verənə qədər davam etməsini istədiklərini bildiriblər.

Agentliyin qeyd edib ki, Fars körfəzi ölkələri arasında münaqişəyə münasibət müxtəlifdir: Səudiyyə Ərəbistanı və BƏƏ ən döyüşkən mövqe tutur, Oman və Qətər isə diplomatik həll yoluna meyllidirlər.

Xəbər lenti