IMG-LOGO

Cinayətkar dəstə şəhərə hücum etdi - 70 nəfər öldü

31 Mar 2026 08:18 2 baxış
IMG
0 0

Haitidə silahlı cinayətkar dəstənin hücumu nəticəsində uşaqlar da daxil olmaqla 70 nəfərin öldüyü bildirilir.

Bu barədə "Collectif Defenseurs Plus" insan haqları təşkilatının direktoru Antonal Mortime məlumat verib.

Belə ki, "Gran Grif" dəstəsi paytaxt Port-o-Prens yaxınlığındakı Jen Denis şəhərində mülki şəxsləri hədəf alıb.

Hadisə nəticəsində 70 nəfərin həlak olduğu, 30 nəfərin isə yaralandığı bildirilir.

Dəstə üzvləri bundan başqa 50 evi də yandırıb. Hadisə nəticəsində təxminən 6000 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

dəstə haiti

Xəbər lenti