IMG-LOGO

Qazaxıstanın Jetısu vilayətində gün ərzində iki zəlzələ baş verib

31 Mar 2026 10:55 4 baxış
IMG

Qazaxıstanın Jetısu vilayətində gün ərzində ikinci zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Jarkent şəhərindən 52 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin maqnitudası 4,7 təşkil edib.

Birinci zəlzələ martın 31-nə keçən gecə eyni ərazidə 4,4 maqnituda ilə baş verib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Xəbər lenti