IMG-LOGO

İndoneziya BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

31 Mar 2026 11:27 3 baxış
IMG

İndoneziyanın xarici işlər naziri Suqiono Livanda üç indoneziyalı sülhməramlının həlak olmasından sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

Bu barədə "Report" "Al Arabiya"ya istinadən xəbər verir.

Qeyd edək ki, BMT-nin Livandakı müvəqqəti qüvvələrinin (UNIFIL) verdiyi məlumata görə, martın 30-da partlayış nəticəsində iki hərbçi, martın 29-da gecə saatlarında isə mövqelərinə mərminin düşməsi nəticəsində bir sülhməramlı həlak olub. BMT bu hadisələrlə bağlı araşdırmanın başladığını bildirib.

Suqiono baş verənləri pisləyərək vəziyyəti BMT-nin Baş katibi Antonio Quterreşlə müzakirə etdiyini və Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə, eləcə də sürətli, hərtərəfli və şəffaf araşdırmanın aparılmasına çağırdığını bildirib.

İndoneziya Müdafiə Nazirliyinin mətbuat katibi briqada generalı Riko Rikardo Sirayt bəyan edib ki, sülhməramlıların təhlükəsizliyi birinci dərəcəli vəzifə olmalıdır.

"Münaqişənin bütün tərəflərini beynəlxalq humanitar hüquqa riayət etməyə və sülhməramlı heyətin təhlükəsizliyini təmin etməyə çağırırıq", - o vurğulayıb.

BMT-nin baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakrua da baş verənləri pisləyərək sülhməramlıların təhlükəsizliyini təhdid edən istənilən fəaliyyətə dərhal son qoyulmasının vacibliyini vurğulayıb.

Öz növbəsində, Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa bu məsələ ilə bağlı iclasın keçirilməsinə nail olmaq niyyətində olduğunu bəyan edib.

Xəbər lenti