IMG-LOGO

Kosinyak-Kamış: Polşa "Patriot" sistemlərini ABŞ-yə verməyəcək

31 Mar 2026 12:54 4 baxış
IMG

Polşa ABŞ-yə özünün "Patriot" hava hücumundan müdafiə sistemlərini vermək niyyətində deyil.

"Report" xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" hesabında yazıb.

"Bizim "Patriot" batareyalarımız və onların silahları Polşa hava məkanının və NATO-nun şərq cinahının qorunması üçün istifadə olunur. Bu baxımdan heç nə dəyişməyib və biz onları başqa yerdə yerləşdirməyi planlaşdırmırıq! Müttəfiqlərimiz missiyamızın nə qədər vacib olduğunu bilirlər. Polşanın təhlükəsizliyi bizim mütləq prioritetimizdir", - o qeyd edib.

Daha əvvəl KİV ABŞ-nin Polşadan iki "Patriot" batareyasından birini Yaxın Şərqə göndərməsini tələb etdiyi barədə məlumat vermişdi.

Xəbər lenti