IMG-LOGO

Slovakiyanın Bakıdakı səfirliyi azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini yad edib

31 Mar 2026 12:32 4 baxış
IMG

Slovakiyanın Bakıdakı səfirliyi 1918-ci ilin mart ayında Azərbaycanda baş verən faciəvi hadisələrin qurbanlarının xatirəsini yad edib.

"Report"un məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Bu gün biz 1918-ci il martın 31-də Azərbaycanda baş verən faciəvi hadisələrin qurbanlarının xatirəsini yad edirik. Onların xatirəsinin anılması bizə regionda barışığın, hörmət və möhkəm sülhün vacibliyini xatırladır", - paylaşımda qeyd olunub.

Xəbər lenti