IMG-LOGO

Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda 11 ölkə iştirak edəcək

31 Mar 2026 13:09 4 baxış
IMG

Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.

"Report"un məlumatına görə, yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.

Turnirdə Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ təmsilçiləri tatamiyə çıxacaqlar.

Yarışda Azərbaycanın 100-dən çox idmançısı çıxış edəcək.

Xatırladaq ki, turnir aprelin 4-5-də Gəncə İdman Sarayında təşkil olunacaq.

Xəbər lenti