IMG-LOGO

Tramp: ABŞ artıq enerji tədarükünün təmin edilməsində müttəfiqlərinə kömək etməyəcək

31 Mar 2026 15:38 4 baxış
IMG

ABŞ enerji tədarükünün təmin edilməsində müttəfiq ölkələrə artıq yardım göstərməyəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

"Hörmüz boğazı səbəbindən aviasiya yanacağı ala bilməyən bütün ölkələr, məsələn, İranın "başının kəsilməsində" iştirak etməkdən imtina edən Böyük Britaniya, sizin üçün bir təklifim var: Birincisi, ABŞ-dən alın - bizdə ondan kifayət qədərdir. İkincisi, cəsarətinizi toplayın, boğaza yollanın və yanacaq götürün", - o bildirib.

Tramp qeyd edib ki, ölkələr özlərini müstəqil şəkildə müdafiə etməyi öyrənməli olacaqlar:

"ABŞ artıq sizə kömək etməyəcək, necə ki siz bizə kömək etmirdiniz. "İran, əslində, artıq darmadağın edilib. Ən çətin hissə arxada qalıb. Gedin və öz neftinizi özünüz çıxarın!", - Tramp əlavə edib.

Xəbər lenti