İsrail Hərbi Hava Qüvvələri (HHQ) gecə ərzində Tehrandakı istehsalat sahələrinə endirilən növbəti zərbələr dalğasının başa çatdığını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib.
Hücumlar nəticəsində ballistik və tank əleyhinə raketlər üçün komponentlərin istehsalına cəlb edilmiş obyektlər, o cümlədən döyüş başlıqlarının partlayıcı maddələrlə doldurulması zavodu, elmi-tədqiqat kompleksi və müasir döyüş vasitələrinin istehsalı sahələri vurulub.
Həmçinin, tank əleyhinə və zenit raketləri, eləcə də digər silahlar üçün komponentlərin istehsalı ilə məşğul olan istehsalat və təcrübi konstruktor sahələri də zərbələrə məruz qalıb.