IMG-LOGO

Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Bursada təlim-məşq toplanışına başlayır

31 Mar 2026 16:57 5 baxış
IMG

Azərbaycan sərbəst güləş üzrə U-20 millisi növbəti təlim-məşq toplanışına başlayır.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Komanda sabahdan Bursada Türkiyə millisi ilə birgə hazırlığa start verəcək. 15 gün davam edəcək toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi – Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) hazırlıq prosesinə cəlb edilib.

Millimiz toplanış bitdikdən sonra aprelin 17-19-da keçiriləcək "Çempionlar" turnirində iştirak etmək üçün Antalyaya yollanacaq.

Xəbər lenti