IMG-LOGO

Pentaqon: İranın raket və dron buraxılışlarının sayı minimuma çatıb

31 Mar 2026 16:51 5 baxış
IMG

Son sutka ərzində İranın buraxdığı raket və pilotsuz uçuş aparatlarının sayında ən aşağı səviyyə qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, ABŞ təkcə ötən gecə İrana 200 zərbə endirib.

"Zərbələrimiz İran hərbçilərinin əhval-ruhiyyəsini sarsıdır, kütləvi fərariliyə, əsas personal çatışmazlığına gətirib çıxarır. Təkcə ötən gecə biz 200 zərbə endirmişik. Bizim pilotlarımız uçuş zamanı real vaxt rejimində kəşfiyyat məlumatları əsasında yeni hədəf alırlar: yeni buraxılış qurğusu, yeni mövqe, qoşunların yeni düzülüşü", - o deyib.

Xəbər lenti