IMG-LOGO

"Xiaomi"nin bu telefonlarının istifadə müddəti bitdi

31 Mar 2026 17:21 5 baxış
IMG
4 0

Texnologiya nəhəngi Xiaomi bir sıra məşhur smartfon modellərinin proqram təminatı dəstəyini rəsmi olaraq dayandırıb. Şirkətin yenilənmiş EOL (istifadə müddəti bitmiş cihazlar) siyahısına daxil edilən modellər artıq heç bir yeniləmə, o cümlədən təhlükəsizlik bildirişlərini almayacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dəstəyin dayandırıldığı əsas cihazlar arasında Redmi K60 və Redmi K60E yer alır.

Bu smartfonlar üçün son yeniləmə 2026-cı ilin mart ayına aid təhlükəsizlik paketi olub və bununla da onların proqram təminatı dövrü rəsmi şəkildə başa çatıb.

Hər iki model 2022-ci ilin dekabrında təqdim olunmuş və istehsalçının vəd etdiyi yeniləmələri almışdı. Bu yeniləmələrə əməliyyat sisteminin HyperOS platformasına keçirilməsi də daxil idi. Lakin artıq bu cihazlar üçün nə yeni funksiyalar, nə də təhlükəsizlik boşluqlarını aradan qaldıran düzəlişlər təqdim olunacaq.

Mütəxəssislər bildirir ki, istifadəçilər bu telefonlardan istifadəni davam etdirə bilərlər, lakin təhlükəsizlik baxımından risklər nəzərə alınmalıdır. Yeniləmələrin olmaması gələcəkdə məlumatların qorunması və tətbiqlərlə uyğunluq baxımından problemlər yarada bilər.

Qeyd edək ki, Redmi K60 satışa çıxdığı dövrdə yüksək texniki göstəriciləri və münasib qiyməti ilə bazarda böyük populyarlıq qazanmışdı. Cihaz Snapdragon 8+ Gen 1 prosessoru, yüksək keyfiyyətli ekranı və sürətli enerji doldurma xüsusiyyətləri ilə istifadəçilərə flaqman səviyyəli təcrübə təqdim edirdi.

 

Xiaomi telefon

Xəbər lenti