Azərbaycan əsilli müğənni Jony (Cahid Hüseynli) aprelin ortalarına qədər olan bütün konsertlərini ləğv edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb onun Minskdəki çıxışı zamanı səhnədə səsini itirməsi olub.
Həkimlər sənətçiyə nəinki oxumağı, hətta danışmağı belə qadağan ediblər, əks halda o, səs tellərini tamamilə itirə bilər.
30 yaşlı ifaçının martın 27-də baş tutan çıxışı zamanı səs tellərində yaranan iltihab kəskinləşib. Səhnə arxasında ağrını kəsmək və şişkinliyi azaltmaq üçün müğənniyə beş dəfə adrenalin iynəsi vurulsa da, bu, vəziyyəti daha da ağırlaşdırıb.
Hazırda həkim nəzarətində olan sənətçiyə hormonal və iltihabəleyhinə terapiya təyin edilib. Həkimlər Jony-yə nəinki oxumağı, hətta danışmağı belə qəti qadağan ediblər. Üç həftəlik ciddi reabilitasiya və sükut rejiminə əməl olunmasa, ifaçı səs tellərini birdəfəlik itirmək riski ilə üz-üzədir.
Bərpa prosesi normal getsə, müğənninin aprelin 19-dan etibarən yenidən səhnəyə qayıtması planlaşdırılır.
Jony Cahid Hüseynli müğənni