IMG-LOGO

SEPAH ABŞ şirkətlərinə zərbələr endirməklə hədələyib

31 Mar 2026 19:01 3 baxış
IMG

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumlar nəticəsində İran vətəndaşlarının həlak olmasına cavab olaraq ABŞ şirkətlərinə zərbələr endirməklə hədələyib.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

Məlumata görə, ABŞ və onun müttəfiqləri Tehranın bu cür hərəkətlərin dayandırılmasının zəruriliyi barədə xəbərdarlıqlarına məhəl qoymayıblar. SEPAH iddia edir ki, hədəflərin planlaşdırılmasında və izlənilməsində əsas rolu informasiya-kommunikasiya texnologiyaları və süni intellekt sahəsindəki ABŞ şirkətləri oynayır, bununla əlaqədar olaraq onlar qanuni hədəflərə çevrilə bilərlər.

Bəyanatda adı çəkilən şirkətlər sırasında "Cisco", "HP", "Intel", "Oracle", "Microsoft", "Apple", "Google", "Meta", "IBM", "Dell", "Palantir", "Nvidia", "JPMorgan", "Tesla", "GE", "Spire Solutions", "G42" və "Boeing" var.

SEPAH bildirib ki, aprelin 1-dən İran ərazisində yeni insidentlər baş verəcəyi təqdirdə qeyd olunan strukturlar cavab tədbirlərinə məruz qala bilər.

Xəbər lenti