Azərbaycanın qadın güləşi üzrə U-17 millisi Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir.
"Report" xəbər verir ki, yığmanın böyük məşqçisi Mariya Stadnik toplanış çərçivəsində yeniyetmə güləşçilər üçün ustad dərsi keçib.
O, master-klasda müxtəlif fəndlərin icrasını nümayiş etdirib.
Aprelin 1-dək davam edəcək hazırlıq prosesində 41 ölkədən 250 güləşçi iştirak edir.
Qeyd edək ki, komandamız Avropa çempionatına hazırlıq üçün növbəti toplanışı aprelin 6-dan 24-dək Bakıda keçəcək. Mariya Stadnik Azərbaycan millisinin təlim-məşq toplanışında 250 güləşçiyə ustad dərsi keçib
