IMG-LOGO

Zaqatalada iki maşın toqquşdu, yaralılar var

31 Mar 2026 22:06 5 baxış
IMG
1 0

Zaqatalada yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala–Qax avtomobil yolunun Gözbarax kəndi ərazisindən keçən hissəsində baş verib. Rayon sakini Ramazan Mahmudovun idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə Əziz Müseyim oğlu Kərimovun idarə etdiyi VAZ 2109 markalı avtomobil toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan Ə. Kərimov sükan arxasında sıxılmış vəziyyətdə qalıb və xilasedicilər tərəfindən çıxarılaraq həkim briqadasına təhvil verilib. Digər sürücü R. Mahmudov da xəsarət alıb.

Hər iki yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

zaqatala qəza zaqatala news

Xəbər lenti