Almaniya, Böyük Britaniya, Moldova və daha 10 ölkə Rusiyanın Ukraynaya qarşı cinayətlərinin araşdırılması üzrə Xüsusi Tribunal haqqında genişləndirilmiş sazişə qoşulmağa hazır olduqlarını təsdiqləyib.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının Kiyevdə keçirilən qeyri-rəsmi iclasından sonra bildirib.
"Bu gün bizim konkret nəticələrimiz var. Xüsusən də Xüsusi Tribunal üzrə sazişə qoşulmağa dair yeni qərarlar. Bu cür hazırlığı daha üç ölkə – Almaniya, Böyük Britaniya və Moldova da rəsmi olaraq bəyan edib", - nazir bildirib.
Lakin o xatırladıb ki, sazişin Avropa Şurası Nazirlər Komitəsinə təqdim edilməsi üçün 16 dövlətin qoşulması tələb olunur. Sibiqa tərəfdaşları bu sənədi dəstəkləməyə çağırıb.