"F-35" qırıcısı ABŞ-nin Nevada ştatındakı təlim poliqonunda qəzaya uğrayıb.
"Report" bu barədə yerli "The War Zone" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, pilot katapult edib, o, yüngül xəsarətlər alıb. Portalın qeyd etdiyinə görə, təyyarənin göyərtəsindən idarəetmə ilə bağlı problemlər haqqında məlumat daxil olub.
Aviasiya hadisəsinin digər təfərrüatları paylaşılmayıb.