IMG-LOGO

"ABC": İrana qarşı əməliyyatın başlanğıcından bəri təxminən 350 ABŞ hərbçisi yaralanıb

01 Apr 2026 04:12 5 baxış
IMG

İrana qarşı hərbi əməliyyat başlayandan bəri ABŞ ordusunun 348 hərbi qulluqçusu yaralanıb.

"Report" xəbər verir ki, bu statistikanı "ABC News" telekanalı Pentaqona istinadən açıqlayıb.

Məlumata görə, xəsarət alanlardan 315-i artıq xidməti vəzifələrinin icrasına qayıdıb. Ən azı 10 hərbi qulluqçu kritik vəziyyətdə qalmaqda davam edir. Statistika göstərir ki, orta hesabla hər gün 11 amerikalı yaralanır.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Den Keyn bildirmişdi ki, amerikalı hərbçilər arasında yaralanmaların böyük əksəriyyətinə İranın pilotsuz uçuş aparatlarının zərbələri səbəb olub.

Rəsmi məlumatlara görə, döyüş qarşıdurması zamanı Birləşmiş Ştatların 13 hərbi qulluqçusu həlak olub.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Xəbər lenti