IMG-LOGO

ING Azərbaycanda 2026-cı il üzrə inflyasiya gözləntilərini azaldıb

01 Apr 2026 09:35 4 baxış
IMG

Niderlandın ən böyük bank qrupu "ING Group" Azərbaycanda illik inflyasiyanın bu il 5 %, gələn il isə 5,5 % olacağını proqnozlaşdırır.

"Report" ING-nin yenilənmiş məlumatlarına istinadən xəbər verir ki, əvvəlki proqnozla müqayisədə 2026-cı il üçün gözləntilər 0,2 faiz bəndi azalıb, 2027-ci il üçün isə 0,9 faiz bəndi artıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 5,6 % təşkil edib.

ING-nin analitikləri 2026-cı ilin I rübündə orta illik inflyasiyanın 5,8 % (əvvəl – 6 %), II rübdə 5,5 % (əvvəl - 5,7 %), III rübdə 4,9 % (əvvəl - 5,1 %) və IV rübdə 4,6 % (əvvəl - 5,9 %) olacağını gözləyirlər.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (oktyabr 2025-ci il) əsasən, cari ildə illik inflyasiya təxminən 5,7 % təşkil edəcək.

BMT isə öz növbəsində bu il Azərbaycanda inflyasiyanı 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanı 2,3 %, Asiya İnkişaf Bankı isə 3,5 % səviyyəsində gözləyir.

"Moody's" beynəlxalq reytinq agentliyi cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" isə 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində proqnozlaşdırır.

Xəbər lenti