IMG-LOGO

Lionel Messinin qol vurduğu milli komandaların sayı 40-a çatıb

01 Apr 2026 10:08 3 baxış
IMG

Zambiya argentinalı futbolçu Lionel Messinin qol vurduğu 40-cı milli komanda olub.

"Report"un məlumatına görə, 38 yaşlı hücumçu bu gün baş tutan yoldaşlıq oyununda fərqlənib.

Təcrübəli forvard qarşılaşmanın 43-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Argentina yığması rəqibinə 5:0 hesabı ilə qalib gəlib.

Xəbər lenti