IMG-LOGO

"Unibank" bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir

01 Apr 2026 10:59 3 baxış
IMG
0 0

Bu gün Unibank bütün peşə sahibləri üçün xüsusi kampaniya keçirir. Adətən zarafatlarla yadda qalan 1 aprel tarixində Bank müştərilərinə tamamilə real və çox sərfəli kredit aksiyası təqdim edir. Bu gün rəsmiləşdirilən bütün nağd kreditlər  0 % komissiyalı olacaq.

 “Unibank”da nağd kreditlər illik 9%-dən başlayır, kredit üzrə maksimum məbləğ 70 000 manatadəkdir.

Yeni ayın ilk günü keçirilən 0 % komissiyalı kredit aksiyası planlarınızı daha rahat həyata keçirməyiniz üçündür.

Aksiya günü “Unibank”da nağd kredit şərtləri belədir: 

Komissiya 0 %; illik 9%-dən başlayan faizlə kredit; 70 000 AZN-dək məbləğ; zamin tələbi yoxdur; 60 ayadək ödəniş müddəti; sürətli və rahat rəsmiləşdirmə; müştərinin istəyinə görə kredit həyat sığortası.

Krediti banka gəlmədən sifariş etmək imkanı:

Kredit” sözünü SMS ilə 8117-yə göndərərək; Bankın saytından onlayn müraciət etməklə: https://unbk.az/nagdkredit.

Unibank- Sənin Bankın!

 

İqtisadiyyat

Xəbər lenti