IMG-LOGO

Azərbaycan Rumıniyaya karbamid tədarükünü kəskin artırıb

01 Apr 2026 14:18 4 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan 14,2 milyon ABŞ dolları dəyərində 45 min ton karbamid ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 39 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynaya 10 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 47 % az) 31 min 305 ton (-52 %), Rumıniyaya 3,2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 10 min 570 ton (+2,1 dəfə), İsrailə 450 min ABŞ dolları dəyərində 1 min 500 ton (1 il əvvəl tədarük olmayıb), Yunanıstana 306 min ABŞ dolları dəyərində 1 min ton (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə 137,5 min ABŞ dolları dəyərində (-83 %) 410 ton (-86 %) məhsul satıb.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 543 min 532 ton karbamidin 72,4 %-i Ukraynanın payına düşüb.

Xəbər lenti