IMG-LOGO

BMT-nin Livandakı missiyasında xidmət edən fransız hərbçilər təhdidlərlə üzləşib

01 Apr 2026 15:52 3 baxış
IMG

BMT-nin Livandakı missiyasının (UNIFIL) tərkibinə daxil olan Fransa sülhməramlıları hədə-qorxuya məruz qalıblar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr nazirinin müavini Alis Rufo Parisdə keçirilən "War&Peace" konfransında bildirib.

"Biz indoneziyalılarla həmrəyliyimizi ifadə etdik. Tamamilə qəbuledilməz hədə-qorxuya məruz qalan əsgərlərimizə həmrəylik mesajı göndərmək istəyirəm", - o qeyd edib.

Bununla belə, nazir müavini təhdidlərin kim tərəfindən edildiyini dəqiqləşdirməyib.

Daha əvvəl İndoneziya BMT-ni Livanın cənubunda İsrailin zərbələri nəticəsində UNIFIL-in tərkibindəki üç sülhməramlısının ölümünü araşdırmağa çağırıb.

Xəbər lenti