IMG-LOGO

Azərbaycanda turizm rezervasiya platformaları vahid portalda birləşdiriləcək

01 Apr 2026 15:23 3 baxış
IMG

Azərbaycanda fəaliyyət göstərən və turizm xidmətləri təklif edən onlayn rezervasiya platformalarının Dövlət Turizm Agentliyinin nəzdindəki azerbaijan.travel portalına inteqrasiyası nəzərdə tutulur.

"Report"un əldə etdiyi məlumata görə, inteqrasiya prosesi çərçivəsində onlayn platformaların qoşulması planlaşdırılır.

Layihəni Dövlət Turizm Agentliyinin il ərzində həyata keçirməsi nəzərdə tutulur.

Gözlənilir ki, bu addım turizm xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, istifadəçilər üçün vahid platforma üzərindən rezervasiya imkanlarını artıracaq və ölkənin turizm potensialının daha effektiv təqdimatına şərait yaradacaq.

Xəbər lenti