IMG-LOGO

Azərbaycanı "Böyük İpək Yolu" beynəlxalq turnirində 43 boksçu təmsil edəcək

01 Apr 2026 16:15 4 baxış
IMG

Azərbaycanı aprelin 2-də Bakıda keçiriləcək "Böyük İpək Yolu" beynəlxalq turnirində 43 boksçu təmsil edəcək.

"Report" xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaqlar.

14 dəst (10 çəkidə kişi, 4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək. Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6 boksçu ilə təmsil olunacaq.

Turnirin açılış mərasimi sabah, saat 15:00-da olacaq. Ardınca döyüşlər başlayacaq.

Qeyd edək ki, turnirin supervayzeri Svetoslav Sapounciyev (Bolqarıstan), baş hakimi Anar Babanlı (Azərbaycan) olacaq. Görüşləri azərbaycanlı hakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.

Xəbər lenti