IMG-LOGO

ABŞ Hərbi Hava Qüvvələri İranın Xuzistan əyalətinə zərbə endirib

01 Apr 2026 17:25 5 baxış
IMG

ABŞ Hərbi Hava Qüvvələri İranın Xuzistan əyalətinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı əyalət qubernatorunun adı açıqlanmayan köməkçisinə istinadən məlumat yayıb.

Məlumata görə, Əhvaz və Mahşəhr şəhərləri bombalanıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinin Vaşinqtona atəşkəs xahişi ilə müraciət etdiyini bəyan edib. Tramp vurğulayıb ki, atəşkəs yalnız Hörmüz boğazının açılması və təhlükəsizliyinin təmin edilməsi halında mümkün olacaq: "O vaxta qədər biz İranı məhv edəcək və ya necə deyərlər, daş dövrünə qaytaracağıq".

Xəbər lenti