IMG-LOGO

Arxitektura Komitəsi: Bakının Nəsimi rayonunda tikinti ilə bağlı şikayətlər araşdırıldı - qanun pozuntusu aşkarlanmadı

01 Apr 2026 18:22 3 baxış
IMG

Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Ənvər Qasımzadə küçəsi 15 ünvanında aparılan tikinti işləri ilə bağlı daxil olan müraciətlərə aydınlıq gətirilib.

"Report" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, sözügedən ərazidə zirzəmisi olan bir mərtəbəli qeyri-yaşayış obyektinin inşasına 13 iyun 2025-ci il tarixində qanunvericiliyə uyğun şəkildə icazə verilib. İcazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti qurumların rəyləri əsasında təqdim olunub və bu günədək sənəddə hər hansı dəyişiklik edilməyib.

"Daxil olan şikayətlər əsasında əraziyə baxış keçirilib. Yoxlamalar zamanı təsdiq olunmuş layihədən kənarlaşma, o cümlədən əlavə mərtəbə tikintisi faktı qeydə alınmayıb", - məlumatda deyilir.

Hazırda tikinti işlərinin Baş İdarə tərəfindən nəzarətdə saxlanıldığı qeyd olunur.

Eyni zamanda vurğulanır ki, tikintiyə verilmiş icazə və layihə barədə ətraflı məlumatlar Tikintilərin Dövlət Reyestrində (e-tikinti.gov.az) hamı üçün açıq şəkildə mövcuddur.

Xəbər lenti