Azərbaycanın üçqat Avropa çempionu Rauf Məmmədov Almaniyanın Karlsrue şəhərində "Grenke" şahmat festivalında iştirak edəcək.
Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, ənənəvi beynəlxalq yarış aprelin 2-dən 6-dək keçiriləcək.
Qeyd edək ki, yarışda həmçinin dünya çempionu, FIDE reytinqinin lideri Maqnus Karlsen də iştirak edəcək.