IMG-LOGO

Tramp: ABŞ İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır

02 Apr 2026 05:34 3 baxış
IMG

ABŞ İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır.

"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu xalqa müraciətində bildirib.

"İrandakı əsas strateji məqsədlərimizin başa çatmaq üzrə olduğunu bildirməkdən məmnunam", - o vurğulayıb.

D.Trampın sözlərinə görə, İranın çox az raketi qalıb, İslam Respublikasının hərbi donanması isə mövcud deyil.

"Amerika hərbi ekspertləri mənə dedilər ki, əgər mən vaxtında İrana zərbə endirməsəydim, İsrail mövcud olmazdı. Mən başqa heç bir prezidentin hazır olmadığı bir şeyi etdim. İran rəhbərliyi razılığa gəlmək üçün bütün cəhdləri rədd etdi və bu səbəbdən mən iyun ayında əməliyyat əmri verdim. İranlılar ABŞ-yə çata bilən raketlər əldə etməyə yaxın idilər. Son dərəcə ölümcül silahları var idi və biz bunları onlardan aldıq", - ABŞ Prezidenti vurğulayıb.

Xəbər lenti