IMG-LOGO

Bakıda DƏHŞƏT: 18 yaşlı oğlan ata-anasını bıçaqladı

02 Apr 2026 10:30 3 baxış
IMG
0 0

Bakıda ər-arvad bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə aprelin 2-də səhər saatlarında Biləcəri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri - 55 yaşlı kişi və onun 48 yaşlı arvadı bıçaq xəsarəti alıblar.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 18 yaşlı oğulları saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti