IMG-LOGO

Bektenov: Qazaxıstanda keçiriləcək TDT sammiti texnoloji əməkdaşlığın katalizatoruna çevriləcək

02 Apr 2026 11:53 3 baxış
IMG

Bu il Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti süni intellekt və rəqəmsal texnologiyaların inkişafına həsr olunacaq.

"Report"un məlumatına görə, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

"Yaxın vaxtlarda Qazaxıstanda TDT-nin süni intellekt və rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş qeyri-rəsmi sammitinin keçirilməsi planlaşdırılır", - hökumət başçısı bildirib.

Onun sözlərinə görə, sammit TDT çərçivəsində rəqəmsal transformasiyaya yeni impuls verəcək və strateji texnoloji əməkdaşlığın mühüm katalizatoruna çevriləcək.

Xəbər lenti